02 Noyabr 2018 18:07
310
SİYASƏT
A- A+

Moskva ATƏT-in Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş səylərini müsbət qiymətləndirir


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Moskva ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması nizamlanmasına yönəlmiş səylərini müsbət qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, S.Lavrov bu fikri Moskvada ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşünün yekunlarına həsr edilmiş brifinqdə söyləyib.

Rusiyanın xarici işlər naziri qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər və hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır.

S.Lavrov deyib: "Biz bu cür razılaşmanı alqışlayırıq, hərçənd başa düşürük ki, Ermənistanda hazırda müşahidə olunan qızğın daxili siyasi proseslər başa çatmayınca bu böhrandan çıxmağın və Qarabağ münaqişəsinin tamdəyərli nizamlanmasını təmin etməyin konkret variantlarını ciddi nəzərdən keçirmək yəqin ki, mümkün olmayacaq”.

RF XİN başçısının sözlərinə görə, Moskva Dnestryanı bölgədəki münaqişənin və Qarabağ münaqişəsinin tənzimlənməsinə, habelə Cənubi Qafqazda və Balkanlarda sabitliyə dair Cenevrə diskussiyalarında ATƏT-in səylərini müsbət qiymətləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video