02 Noyabr 2018 17:57
545
İQTİSADİYYAT
A- A+

Gömrük ödənişlərindən yayınan hüquqi və fiziki şəxslərin adları açıqlanıb


Gömrük ödənişlərindən yayınan hüquqi və fiziki şəxslərin adları açıqlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindənAZƏRTAC-a bildirilib ki, iqtisadi təhlükəsizliyin təmin olunması, fiskal siyasətin uğurla həyata keçirilməsi məqsədilə gömrük orqanları bir sıra yeni layihələr, tətbiqlər həyata keçirir. Xüsusilə, son aylarda aparılan islahatlar çərçivəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması xarici ticarətin asan və sürətli şəkildə həyata keçirməyə imkan verməklə yanaşı, fiskal siyasətin də reallaşdırılmasında mühüm nailiyyətlər əldə olunmasına şərait yaradıb.
Gömrük sistemində aparılan bu islahatlar, eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına, ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə xidmət edir. Mütəmadi olaraq sahibkarlarla keçirilən görüşlərdə, komitənin rəsmi internet səhifəsi və media qurumları vasitəsilə görülən işlər barədə məlumat verilib və gömrük orqanlarının qanuni ticarəti daim dəstəkləyəcəyi, onun inkişafı üçün bütün zəruri addımları atacağı bəyan olunub.
Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişafı istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışır.
Belə ki, 5722,52 manat əlavə ödəniş etməli olan "Kaspian Standart CO” MMC, 7353,8 manat əlavə ödəniş etməli olan "Polonia-Karqo” MMC və 2241,43 manat əlavə ödəniş etməli olan "Capital-Motors” MMC barəsində toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34502,34 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Azerturk Business Group” MMC, 56573,95 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Casamia” MMC, 36847 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Polonia-Karqo” MMC və 4274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Dincer və Carcioğlu” şirkəti barəsində məlumatlar isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub. "Casamia” MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. "İtaldizayn Group” QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10916,1 avro fərq yarandığı müəyyən olunub.
İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin miqdarını cədvəldə aydın görmək mümkündür.

Hüquqi və fiziki şəxslər

Təqdim olunan invoys

Orijinal invoys

Fərq

Məmmədov Zamiq

20677 ABŞ dolları

39600 ABŞ dolları

18923 ABŞ dolları

"Gold Climate" şirkəti

70000 ABŞ dolları

180000 ABŞ dolları

110000 ABŞ dolları

"Mery Pharma" MMC

10042 ABŞ dolları

14400 ABŞ dolları

4358ABŞdolları

"NKM-2015" MMC

16220 ABŞ dolları

25391 ABŞ dolları

9171ABŞdolları

"Bermud A.Y.T" şirkəti

22427 ABŞ dolları

12355 Avro

204410,95 AZN

"NKM-2015" MMC

14860,20 ABŞ dolları

25464,61 ABŞ dolları

10604,41ABŞdolları

"NKM-2015" MMC

15041 ABŞ dolları

27822,06 ABŞ dolları

12781,06ABŞdolları

"NKM-2015" MMC

24543,46 ABŞ dolları

44782,10 ABŞ dolları

20238,64ABŞdolları




Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 min 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 min 49 manat gömrük ödənişindən yayındırılma deməkdir.
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video