Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:45 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ən islahatçı PREZİDENT, ən islahatçı dövlət
Ən islahatçı PREZİDENT, ən islahatçı dövlət
ANA SƏHİFƏ / SİYASƏT
00:59 02.11.2018

Azərbaycan "Doing Business 2019” hesabatında 190 ölkə arasında 25-ci yerə yüksəlib


"Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.
Bu fikirlər oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında öz əksini tapıb.


Dünyada ən vacib və etibarlı reytinq göstəricisi


Öncə onu vurğulayaq ki, Dünya Bankının hər il hazırladığı "Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur.
"Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.
Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda ("Qlobal Rəqabətlilik Hesabatı”, "Qlobal İnnovasiyalar İndeksi”, "İqtisadi Azadlıq İndeksi”, "Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır.


Bütün hesabatlarda yüksələn reytinq


Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən müstəqil Azərbaycan dünya düzənində özünəməxsus mövqeyini daim möhkəmləndirir. Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır.
Dünya Bankı tərəfindən hazırlanan bu hesabatlarda Azərbaycan hər dəfə irəliyə doğru inamla yüksəlir. Əgər 2016-cı ildə Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2017” hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdısa, "Doing Business 2018” hesabatında 8 pillə yüksələrək 57-ci yerə qalxmışdı. 190 ölkənin biznes mühitini qiymətləndirən hesabata əsasən Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri sayılırdı.


Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir


Cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar Azərbaycanın "Doing Business 2019” hesabatında yeni rekorda imza atması ilə nəticələnib.
Qeyd edilir ki, 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib və qeydə alınması üçün "Doing Business” komandasına təqdim olunub. Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsinə, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
Hesabatda Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda ölkəmizin mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.


Kiçik investorların maraqlarının qorunmasında dünyada 2-ci yerdəyik


Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanda mövcud olan iqtisadi müstəqillik, təhlükəsizlik siyasi müstəqilliyin və genişmiqyaslı inkişafın təminatçısıdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. İqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.
Dövlət başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.
Bütün bunlar da son hesabatda öz əksini tapıb. Bildirilir ki, ölkəmiz "Tikinti üçün icazələrin alınması” və "Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, "Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, "Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub.
Bütövlükdə "Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.


Sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu dövlət


Xatırladaq ki, oktyabr ayının əvvəlində Dünya İqtisadi Forumu da Azərbaycanın liderliyini növbəti dəfə elan etmişdi. Təşkilatın tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim etdiyi Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın müxtəlif indikatorlar üzrə yüksək nəticələr əldə etdiyi vurğulanırdı.
Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Azərbaycan hesabatda dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.


"Biznesin dinamikliyi” - 140 ölkə arasında 31-ci


Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Eləcə də bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olub.
Belə ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə 22-ci, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünin azlığına görə 12-ci, hökumətin gələcəyə yönəlik fəaliyyətinə görə 20-ci, dəmir yolu xidmətlərinin səviyyəsinə görə 17-ci, dəniz limanlarının xidmət səviyyəsinə görə 29-cu, internet istifadəçilərinin sayına görə 36-cı, əhali arasında rəqəmsal vərdişlərə görə 15-ci, sahibkarlıq riskinin azlığına görə 21-ci yerdə qərarlaşıb.
Bir sözlə, Azərbaycanda aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və ölkə iqtisadiyyatının dayanlıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması Dünya İqtisadi Forumunun hesabatında bir daha öz əksini tapıb.


Azərbaycan liderliyini qoruyacaq


Bu gün Azərbaycanda düşünülmüş sosial-iqtisadi siyasət aparılır. Əlbəttə, bu, bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu bütün planların həyata keçirilməsi üçün iqtisadiyyat uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır.
İlham Əliyevin söylədiyi kimi, əgər bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, sosial-iqtisadi layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən, beynəlxalq təşkilatdan asılı deyil. Bu da ölkənin tarixi nailiyyətidir.
Həyata keçirilən uğurlu iqtisadi islahatlar, reallaşan sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, növbəti illərdə açıqlanacaq beynəlxalq hesabatlarda ölkəmizin mövqeyi daha da yaxşılaşacaq, Azərbaycan liderliyini qoruyub saxlayacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM