Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:42 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bərəkətli bayram
Bərəkətli bayram
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 02.11.2018


Ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü geniş qeyd olundu. Azərbaycanda da əsrlər boyu əhalinin böyük əksəriyyəti kəndlərdə yaşayıb, əkin-biçinlə, heyvandarlıqla məşğul olub. Ona görə də kənd adamı kimi bu bayramın hər birimizin qəlbində öz yeri, yurd-yuvası var. Çünki bu bayram həm də hər birimizə aid olan zəhmətlə, torpaqla, su ilə bağlıdır.

Biz yetişdirdiyimiz neməti müqəddəs ruzi kimi süfrəyə düzən, suya, çörəyə və əlinin qabarına səcdə edən bənzərsiz bir xalqıq. Yer adamıyıq, torpağa, onun bəxş etdiyi nemətlərə maddiyyatdan daha çox mənən bağlıyıq. Süfrəyə düzülən nemətlərə görə Tanrıya minnətdarlıq etməyimiz, birinci böyüyün çörəyə əl uzatmasını gözləməyimiz, elə süfrə arxasında bütün dünyanın aclarına və kasıblarına bolluq və xeyir-bərəkət arzulamağımız, çörək süfrədən götürülməmiş ayağa durmamağımız da mənəviyyatımızın müdrikliyinə işarədir.

Kəndli bütün varlığı ilə torpağa bağlıdır. O, qışda torpağın yuxuya gedib dincəlməsini, oyanıb yaza qol-qanad açmasını ana öz balasını hiss edən kimi duyur, başa düşür. Dünyada elə ölkələr olub ki, orada kəndli təhkimçi və bütün hüquqlarını itirmiş adam olub, onu mal-qarası ilə birlikdə satışa çıxarıblar, ya da qul kimi plantasiyalarda son nəfəsinədək işlədiblər. Öləndə də yeni qullarla əvəz ediblər. Onlar vətənsiz, yurdsuz olublar, ətraflarında nə varsa, hətta ayaqlarının altındakı torpaq belə onlara qənim kəsilib.

Azərbaycan kəndlisi isə, sadaladıqlarımızdan fərqli olaraq, həmişə ən azından mənəvi cəhətdən azad olub. Çünki o özünü mənən də olsa, üstündə gəzdiyi torpağın sahibi, yiyəsi sayıb. Hətta kolxozların, sovxozların çiçəkləndiyi sovet dönəmi də Azərbaycan kəndlisinin bu mənəviyyatını əlindən ala bilməyib.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni inkişaf yoluna qədəm qoyub. Dövlətin aqrar sektorda islahatlara başlaması ilə Azərbaycan kəndinin və kəndlisinin həyatında yeni dövr başlayıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan aqrar islahatlar onu bu dəfə torpağının əsl sahibinə çevirib. Dünən kolxozçu olmuş Azərbaycan kəndlisi indi nə və nə qədər əkib-becərdiyinə sərəncam verən fermerdir.

Bu gün kəndlərimizin siması da dəyişib. Yaxın keçmişdə adi işıq, təbii qaz və sudan korluq çəkən kəndlərimiz hazırda abadlığına görə müasir qəsəbələrdən geri qalmır. Onun bütün tələblərə cavab verən sosial infrastrukturu, istehsal olunan məhsulu saxlamaq üçün anbar və soyuducuları, hətta hələ istənilən sayda olmasa da, emal müəssisələri var. Kəndlilər istehsal etdikləri məhsulları bu gün rahat yollarla istədikləri ünvanlara aparıb sata bilirlər. Belə məhsulların isə həcmi və çeşidi ilbəil artır. Çünki dövlətin bir əli artıq neçə ildir kəndlinin üzərindədir. O, günü bu gün də saysız imtiyazlar və güzəştlərdən geninə-boluna yararlanır. Prezident İlham Əliyevin təşəbbüsü və səxavətlə ayırdığı vəsaitlə yaradılan müasir aqroparklar, nəhəng aqrokomplekslər isə Azərbaycanda kənd təsərrüfatının forma və məzmununu dəyişib, onu inkişaf etmiş ölkələrdə mövcud olan səviyyəyə qaldırıb.

Yalnız nadir və böyük iqtisadi imkanları olan ölkələr belə qısa müddət ərzində bu cür nəhəng işlər görə bilərdi. Bəziləri də elə fikirləşirdi ki, Azərbaycan kimi uzunmüddətli münaqişəyə təhrik edilən ölkənin dünya düzənində böyük uğurlara imza atması mümkün deyil. Amma biz qarşıya qoyduğumuz məqsədlərə nail olmuşuq. Azərbaycanın həm aqrar sektorda, həm də iqtisadiyyatın digər sahələrində qazandığı uğurlar bizi dünyanın sayılıb-seçilən ölkələrindən biri edib. Azərbaycan kəndlisi isə bu uğurların müəlliflərindən biridir və o, ölkə iqtisadiyyatında xüsusi çəkiyə və nüfuza malikdir. Onun arxasında Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti dayanır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM