Alternative content

06:13 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerTelecom” şirkətinin rəhbər işçiləri “Global İnfluencer Day” tədbirinin spikeri və moderatoru olub
“AzerTelecom” şirkətinin rəhbər işçiləri “Global İnfluencer Day” tədbirinin spikeri və moderatoru olub
ANA SƏHİFƏ / ELANLAR
00:34 02.11.2018


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkətinin rəhbər işçiləri 26-29 oktyabr 2018-ci il tarixlərində Bakıda "İnnovasiya Həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilmiş "Global İnfluencer Day” tədbirində spiker və ekspert-moderator qismində iştirak ediblər.

Tədbirin rəsmi hissəsinin spikeri "AzerTelecom” şirkətinin korporativ ünsiyyət üzrə rəhbəri Ceyhun Əli olub. Tədbir çərçivəsində Blokçeyn texnologiyaları mövzusunda təşkil olunmuş panel müzakirəsi "AzerTelecom” şirkətinin Kommersiya məsələləri üzrə baş direktoru, Blokçeyn sahəsində mütəxəssis Samir Nuriyev tərəfindən aparılıb və bu texnologiya haqqında ətraflı məlumat verilib. Samir Nuriyev Blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi, texnologiyanın üstünlükləri, Azərbaycanda bank sferasında Blokçeyndən istifadə barədə danışıb. Panel müzakirələrində iştirak edən qonaqlar - respublikamızda müxtəlif aparıcı bankların rəhbərləri öz növbələrində Blokçeynin ölkəmizdə tətbiqi ilə bağlı ətraflı məlumat verib, müxtəlif təkliflər səsləndiriblər.

"Global İnfluencer Day” tədbiri Google, Facebook, Oculus, Gezimania, Vispera, Vogue, Booking.com, Joi və digər dünya miqyasında tanınmış şirkətlərin nümayəndələrini, influencer, biznes və brend sahiblərini Bakıda bir araya toplayıb. Tanınmış spikerlər influencer marketinq, data marketinq, elektron kommersiya və Blokçeyn texnologiyası və digər sahələr barədə faydalı fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin süni intellekt (AI) əsasında hazırlanmış humanoid robot Sofia da çıxış edib.

Qeyd edək ki, tədbir "Keepface DMCC” və "FA International Trade Events” tərəfindən təşkil olunub.

"AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.


"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM