Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:18 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Pakistan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
Azərbaycan-Pakistan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
21:53 01.11.2018

Noyabrın 1-də Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan Pakistanın Federal Ombudsmanı, Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti Syed Tahir Şahbaz və icraçı katibi Abdul Xaliq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Milli Məclis sədrinin müavini Bahar Muradova Pakistan ilə Azərbaycan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib. Diqqətə çatdırıb ki, Pakistan nümayəndə heyətinin bu səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcək. Vurğulanıb ki, dinamik inkişaf tempinə malik olan Azərbaycan son zamanlar bir çox əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum barədə məlumat verən Bahar Muradova diqqətə çatdırıb ki, builki Forumda 80-dən çox ölkə və 24 beynəlxalq təşkilatdan nümayəndə iştirak edib.

Parlament sədrinin müavini Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclasının keçirilməsi məsələsinə toxunaraq bildirib ki, bu tədbir ölkələr arasındakı əlaqələrə öz töhfəsini verəcək. Qeyd edilib ki, hər bir ölkədə iqtisadi, sosial inkişafla yanaşı, insan hüquqlarının qorunması məsələsi də prioritet olmalıdır.

Söhbət zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinə toxunulub, Pakistanın bu məsələdə daim Azərbaycanı dəstəkləməsi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Bahar Muradova Pakistana Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın Ombudsmanı Syed Tahir Şahbaz ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Qonaq bildirib ki, ölkələrimiz arasında yüksək səviyyədə inkişaf edən mədəni, diplomatik əlaqələr mövcuddur. Pakistan bütün məsələlərdə, xüsusilə də Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyir. O, Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Assosiasiyasının icraçı katibi Abdul Xaliq deyib ki, hazırda bir sıra ölkələrdə insan hüquqları pozulmaqdadır. Ombudsman da məhz insan hüquqlarının təmin edilməsi üçündür. Bu da yaxşı idarəçiliyə, yaxşı idarəçilik isə dayanıqlı inkişaf məqsədlərinə nail olmağa gətirib çıxarır. İcraçı katib Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın fəaliyyətinin bütün ölkələrdə yüksək qiymətləndirildiyini vurğulayıb.

Milli Məclisin deputatı Elman Nəsirov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu deyib, Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası barədə məlumat verib. Bildirib ki, iclasın yekununda ombudsmanlar arasında gələcəkdə də qarşılıqlı məsləhətləşmələrin aparılması və əməkdaşlığın davam etdirilməsi istiqamətində razılıq əldə olunub. O, Assosiasiya üzvləri tərəfindən irəli sürülən təkliflər əsasında gələcək əməkdaşlığa dair hazırlanacaq iş planının Bakı prinsipləri üzərində qurulacağına ümid etdiyini deyib. Diqqətə çatdırıb ki, qəbul edilən Bakı prinsipləri 90 ölkənin rəyini, əqidəsini ifadə edir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM