01 Noyabr 2018 21:50
367
DÜNYA
A- A+

Ermənistan: Paşinyan parlamentin buraxılmasına nail oldu


Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanı baş nazir postuna seçməkdən növbəti dəfə imtina edib. Bu isə o deməkdir ki, qanunverici orqana növbədənkənar seçkilər keçiriləcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ara Babloyanın sözlərinə görə, Nikol Paşinyanın namizədliyi lehinə və əleyhinə heç bir deputat səs verməyib, 13 deputat isə bitərəf qalıb. Beləliklə, Paşinyan parlamentin buraxılmasına nail olub.

Ölkə konstitusiyasına əsasən, parlament buraxıldıqdan sonra prezident seçki gününü təyin edir. Paşinyan müvafiq fərmanı gözləmədən növbədənkənar seçkilərin dekabrın 9-da keçiriləcəyini bildirib.

Ermənistanda bu ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra siyasi anomaliya yaranıb. Miqyaslı küçə aksiyaları səbəbindən parlament Paşinyanı hökumət başçısı seçməyə məcbur olsa da, onun qanunverici orqanda çoxluğu yoxdur. Belə ki, Paşinyanı dəstəkləyən "Elk” fraksiyası cəmi 8 deputatdan ibarətdir. Əvvəlki hakim partiya (Respublika partiyası) 105 parlament mandatının 49-na sahibdir.

Siyasi proseslərin gedişi açıq-aydın göstərir ki, Paşinyan ölkədə bütün hakimiyyəti öz monopoliyasına almaq niyyətindədir və hadisələr buna doğru gedir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video