01 Noyabr 2018 21:20
820
Elm və texnika
A- A+

“Caspian European Club” və AMEA-nın Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb


Bakıda "Caspian European Club” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin elmə daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Akademiyanın fəaliyyətindən, elmin prioritet istiqamətlərində aparılan araşdırmalardan, AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) nailiyyətlərindən, nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışan akademik A.Əlizadə biznes forumun sahibkarlarla YTP arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

"Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev elm və biznes arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, AMEA Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və digər alimlər də elm və biznes arasında əməkdaşlığın genişləndirilməsinin hər iki tərəfə töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonra "Caspian European Club” və AMEA-nın Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Xatırladaq ki, dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club” 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video