01 Noyabr 2018 21:12
484
DÜNYA
A- A+

Nigeriyada naməlum silahlılar azı 15 nəfəri qətlə yetirib


Naməlum silahlılar Nigeriyanın Borno ştatındakı dörd kəndə hücum ediblər. Nəticədə azı 15 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Channels TV telekanalının yaydığı məlumata görə, təxminən 200 nəfərdən ibarət silahlı dəstə Abba Malumti kəndində 8, Dalori kəndində 2 nəfəri qətlə yetirib, Kofa kəndində isə yerli imamı və onun 4 ailə üzvünü diri-diri yandırıblar. Şahidlərin sözlərinə görə, hadisə zamanı kənddən qaçan əhali arasında çayda boğularaq ölənlər ola bilər.

Hücumun "Boko Haram” qruplaşması tərəfindən törədildiyi ehtimal edilir. Polis orqanları həlak olanların və yaralananların dəqiq sayı barədə hələlik rəsmi məlumat verməyib.

Nigeriyada fəaliyyət göstərən "Boko Haram” qruplaşması qərb təhsil modelinə qarşı çıxır və ölkədə şəriət qanunlarının tətbiq olunmasına çalışır. Qruplaşma Niger, Kamerun və Çadın dəstəyi ilə hökumət qüvvələrinin onlara qarşı yönələn silahlı kampaniyasına cavab olaraq mütəmadi terror və diversiya aktları həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video