Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:18 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız mükafatlandırılıblar
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız mükafatlandırılıblar
ANA SƏHİFƏ / İDMAN
21:08 01.11.2018

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız noyabrın 1-də Milli Olimpiya Komitəsində mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Komitənin baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qazandıqları nailiyyətlər münasibətilə atletləri təbrik edib. Bildirib ki, idmançılarımız bu Oyunlarda da uğurlu nəticələr əldə edərək idmanın altı növündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. İdmanın altı növü üzrə yeddi medalın qazanılması Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının medalçıları arasında Azərbaycan idmançılarının da olmasını sevindirici hal kimi qiymətləndirib: "Fərəhli haldır ki, 17 idmançımızdan 7-si medal qazanıb. Bu isə atletlərimizin potensialını bir daha sübut edir”.

Sonra dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsinə dair imzaladığı sərəncamlara əsasən idmançılar təltif olunublar.

İdmançılar və məşqçilər çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə, eləcə də Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Olimpiadaya 17 idmançı ilə yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib. Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM