Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:17 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azər Əliyev: Ümidvaram ki, gənc idmançılarımız olimpiadalardakı qələbələri ilə bizi sevindirəcəklər
Azər Əliyev: Ümidvaram ki, gənc idmançılarımız olimpiadalardakı qələbələri ilə bizi sevindirəcəklər
ANA SƏHİFƏ / İDMAN
14:25 01.11.2018

Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın Buenos–Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat; ikinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat; üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat məbləğində mükafat müəyyən olunur.

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində gənc idmançılarımızın bu Oyunlarda çıxışlarına yekun vuraraq qeyd edib ki, Azərbaycan idmançılarının Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandığı 7 medal böyük müvəffəqiyyət sayıla bilər. O deyib: "İdmançılarımızın hamısı layiqincə çıxış edib. Bütövlükdə nəticələrdən çox razıyam. Mən ilk dəfə idi ki, Yeniyetmələrin Olimpiadasına getmişdim. Odur ki, idmanı sevən, ölkəsinin idman şərəfini qoruyan gənclərimizi görəndə sevincimin həddi-hüdudu olmadı. Olduqca xoş hisslərdir. Ümid edirəm ki, müvəffəqiyyətlə çıxış etmiş gənc idmançılarımız, hətta medalsız qalmış gənclərimiz böyüklər arasında dördilliyin əsas oyunlarında da qələbə əzmi nümayiş etdirəcək və ölkəmiz üçün medallar qazanacaqlar.

Bu idmançılar hələ çox gəncdir. Əgər onlar 2022-ci ildə Tokio Olimpiadasında çıxış etməyə macal tapmasalar belə, ümidvaram ki, 2024-cü ildə Paris Olimpiadasında ölkəmizi layiqincə təmsil edəcəklər”.

Ağır atletlərimizin çıxışlarından danışan A.Əliyev bildirib ki, Azərbaycanın ağır atletika üzrə kişilərdən və qadınlardan ibarət yığmaları Aşqabadda dünya çempionatında çıxış edəcəklər. Bu çempionat 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunları üçün seçmə mərhələdir.

A.Əliyev deyib: "Ağır atletimiz Tarmenxan Babayev Buenos-Ayres Oyunlarında gümüş medal qazanıb. Bu da Ağır Atletika Federasiyası üçün çox yaxşı göstəricidir. O, Avropa çempionudur. Odur ki, biz ona böyük ümidlər bəsləyirik. O, Tokio Olimpiadasında da medal qazana bilər. Ümidvarıq ki, Tarmenxan idman ustalığını daim artıracaq, bu cür layiqli nəticələr nümayiş etdirəcək.

Ağır Atletika Federasiyası üçün prioritet vəzifə gənc idmançılar hazırlamaqdır. Biz yeni nəslə ümid bəsləyirik. İdmançılarımız yeniyetmələr arasında Avropa çempionatında bir qızıl və iki gümüş medal qazanıblar. Gənclərimizin çox yaxşı potensialı var. Biz də məhz yeniyetmələrdən ibarət yığmanı inkişaf etdirməyə çalışırıq. Ümidvarıq ki, bu idmançılar artıq Tokio və Paris olimpiadalarında medallar uğrunda mübarizə aparacaqlar”.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM