01 Noyabr 2018 14:23
283
DÜNYA
A- A+

İndoneziya “Boeing”dən izahat tələb edir: təzə layner niyə qəzaya uğrayıb?


İndoneziya hökuməti Amerikanın təyyarə istehsalçısından təzə "Boeing 737 MAX 8” laynerinin qəzaya uğramasının səbəbi barədə ətraflı izahat tələb edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu İndoneziyanın Nəqliyyatda Təhlükəsizlik Komitəsinin rəhbəri Soercanto Tacahono deyib.

"Bu tamamilə yeni layner növüdür və istehsalçı bizə onun qəzaya uğrama səbəbini izah etməlidir”, - deyə Soercanto Tacahono bildirib. O, həmçinin təhqiqatda iştirak etmək üçün Cakartaya gələn "Boeing” korporasiyasının və ABŞ-ın nəqliyyatda təhlükəsizliyin təminatı üzrə Milli Şurasının nümayəndələri ilə görüşəcəyini deyib.

Bir qədər əvvəl, İndoneziyanın nəqliyyat naziri Budi Karia Sumadi yerli aviakompaniyaların parklarında olan bütün "Boeing” təyyarələrinin yoxlanması nəticəsində heç bir texniki nasazlığın aşkarlanmadığını bildirib.

Xatırladaq ki, cəmi iki ay öncə istehsal olunan və Yava dənizi üzərində qəzaya uğrayan təyyarənin əvvəlki uçuşu zamanı sürət və naviqasiya cihazlarında ciddi nasazlıqlar aşkarlanmışdı. Lion Air aviaşirkəti təsdiqləyir ki, bütün nasazlıqlar aradan qaldırılmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video