01 Noyabr 2018 13:10
290
DÜNYA
A- A+

Almaniya orqanlar donorluğunu stimullaşdırır


AFR hökuməti orqanlar donorluğunun stimullaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulan qanun layihəsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, ölkənin səhiyyə naziri Yens Şpan tərəfindən hazırlanmış qanun layihəsində klinikalarda orqanların götürülməsi üçün ayrılan maliyyə vəsaitinin, transplantasiyaya cavabdeh olan işçilərin sayının artırılması, habelə məlumat toplanması üçün etibarlı sistem yaradılması nəzərdə tutulur. Səhiyyə Nazirliyi ümid edir ki, bu tədbirlər paketi artıq 2019-cu ilin birinci yarısında qanun qüvvəsi kəsb edəcək.

Şpan qeyd edib ki, əsas problem potensial donorların çatışmaması deyil: keçən il onların sayı artıb, lakin əksər hallarda klinikalarda donorların eyniləşdirilməsi üçün vaxt və pul çatışmır. Buna görə klinikalar gələcəkdə tibbi sığorta kassalarından daha çox pul almalıdırlar. Həkimlərdən ibarət mobil qruplar çalışmalıdırlar ki, nisbətən kiçik klinikalarda da orqanların götürülməsi üçün şərait yaradılsın.

İntensiv terapiya bölmələrinin hər birində orqanların köçürülməsi məsələləri üzrə azı bir nəfər müvəkkil olmalıdır. Onun vəzifəsi potensial donorları aşkar etməkdən ibarət olacaq. Məlumatların toplanması üzrə yeni sistem isə əvvəllər bu cür donorları aşkar etməyə əngəl törədən səhvləri istisna etməyə imkan verəcək.
Yens Şpan bu qanun layihəsini mümkün qədər tezliklə Bundestaqdan keçirməyə çağırıb, çünki o, "insanların həyatını xilas edəcək”.

Rəsmi məlumata görə, Almaniyada 10 minə yaxın insan neçə illərdir ki, donor orqanları gözləyir. Digər tərəfdən, 2012-ci ildən sonra donorlardan götürülmüş orqanların sayı daim azalmaqdadır. Şpanın sözlərinə görə, keçən il bu sahədə kədərli rekord qeydə alınıb: götürülən donor orqanlarının sayı 800-dən az olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video