01 Noyabr 2018 00:49
639
Qanunlar
A- A+

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 132-ci maddənin birinci hissəsinin səkkizinci abzasında, 161-ci maddənin birinci hissəsinin dördüncü abzasında "papirosçəkmə” sözü "tütünçəkmə” sözləri ilə əvəz edilsin.

2. 172-ci maddənin birinci hissəsində, 182-ci maddənin ikinci hissəsinin ikinci abzasında, 187-ci maddənin ikinci hissəsinin dördüncü abzasında, 188-ci maddənin birinci hissəsində, 255-ci maddənin ikinci hissəsində, 288-ci maddənin dördüncü hissəsinin beşinci abzasında "papiros” sözü "tütün” sözü ilə əvəz edilsin.

3. 230-cu maddənin dördüncü cümləsində "Papiros” sözü "Tütün” sözü ilə əvəz edilsin.

4. Həmin nizamnamənin "Hauptvaxt haqqında” 4 saylı əlavəsinin 27-ci maddəsinin üçüncü abzasında, 33-cü maddəsinin birinci hissəsində "papiros” sözü "tütün” sözü ilə, 31-ci maddəsinin üçüncü hissəsində "Papiros” sözü "Tütün” sözü ilə əvəz edilsin.

5. Həmin nizamnamənin "Qarovul otağının avadanlığı” 11 saylı əlavəsinin 1-ci maddəsinin ikinci hissəsində "papirosçəkmə” sözü "tütün çəkmə” sözləri ilə, 7-ci maddəsində "Papirosçəkmə” sözü "Tütün çəkmə” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video