31 Oktyabr 2018 13:12
202
SİYASƏT
A- A+

İsveçrəli tələbələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar


Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin İsveçrənin Franklin Universitetinin Bakıda qonaq olan tələbələrdən ibarət nümayəndə heyəti ilə görüşü olub.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan ötən əsrin 80-ci illərinin sonunda ölkəmizə qarşı ərazi iddiası qaldırıb, az sonra isə hərbi təcavüzlə torpaqlarımızın 20 faizini zəbt edib. İşğalçının həmin əraziləri dərhal və qeyd şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 25 il əvvəl qəbul etdiyi 4 qətnamə, eləcə də digər beynəlxalq təşkilatların qərarları icra olunmur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub, fiziki, mənəvi və maddi məhrumiyyətlərə məruz qalıb.

Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələləri ölkəmizdə uğurla icra edilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, Bakıda və Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkünlərin, ilk növbədə, yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir.

İsveçrəli tələbələrə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dövlət gənclər siyasəti və onun uğurlu nəticələri barədə də ətraflı məlumat verilib. Gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həlli üçün Dövlət Proqramlarının icra edildiyi bildirilib. Qeyd olunub ki, ölkədə gənclərin çoxsaylı ictimai təşkilatları fəaliyyət göstərir, azərbaycanlı gənclər beynəlxalq tədbirlərdə xalqımızın haqq səsini ucaldır, ədalətli mövqeyini müdafiə edirlər.

Azərbaycanın multikultural və tolerant dəyərlərə hörmət baxımından dünyanın nümunəvi ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar. Respublikanın müxtəlif ərazilərində məscid, kilsə və sinaqoqlar var, onlara dövlət tərəfindən diqqət və qayğı göstərilir.

Daha sonra qonaqlar məcburi köçkünlərin doğma yurd-yuvalarını tərk etdikdən sonra yaşadığı çadır düşərgələrinin, fin tipli qəsəbələrin, yataqxanaların və yeni salınmış qəsəbələrin maketlərinə baxıblar. Bildirilib ki, köçkünlüyün ilk illərində normal yaşayış şəraiti olmayan tikili və binalarda müvəqqəti sığınacaq tapan vətəndaşlarımız üçün müasir tipli qəsəbələr salınır və onlar yeni mənzillərlə təmin olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video