Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:19 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda TürkPA-nın hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib
Bakıda TürkPA-nın hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
12:11 31.10.2018

Oktyabrın 31-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) hüquqi məsələləri və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin deputatı, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.

İsmət Uçma əvvəlcə iclasın gündəliyinə daxil edilən layihələrin əhəmiyyətindən danışıb.

Azərbaycanın müstəqillik tarixindən bəhs edən İsmət Uçma bildirib ki, 1918-ci ildə böyük mübarizə nəticəsində qardaş Azərbaycan öz müstəqilliyini elan edərək Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Azərbaycan nadir maddi-mənəvi nemətləri, insan qaynaqları, yeraltı və yerüstü sərvətləri, əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib. Azərbaycanın hər bir uğuru Türkiyəni çox sevindirir. Türkiyə qardaş ölkə kimi daim Azərbaycanın yanındadır.

İsmət Uçma qeyd edib ki, türkdilli ölkələr öz aralarında sosial, siyasi, iqtisadi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirərək dünyaya bir nümunə göstərəcəklər. Keçən 10 il ərzində TürkPA üzvləri tərəfindən bir çox uğurlara imza atılıb. Bildirilib ki, toplantılar, müxtəlif mövzulardakı konfranslar, təcrübə mübadiləsi sayəsində qardaş ölkələrimiz arasında parlament səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi çox əhəmiyyətlidir. Bu il noyabrın 20-də İzmirdə TürkPA-nın 10 illiyi qeyd ediləcək. Ümid edirəm ki, 10 il ərzində gördüyümüz işlər gələcək üçün yol xəritəsi ola biləcək.

Sonra Milli Məclisin deputatı Cavanşir Feyziyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini səsləndirib. Bildirilib ki, son 3 il ərzində keçirilən toplantılar çox önəmli və faydalıdır. TürkPA-nın fəaliyyətdə olduğu 10 il ərzində ortaya türk dünyası üçün əhəmiyyətli olan çox böyük işlər qoyulub. Bütün bunlar təqdirəlayiqdir və gələcək üçün böyük vədlər verən fəaliyyətdir.

TürkPA-nın baş katibi Altınbek Mamayusupov İslam dünyasında ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımıza təbriklərini çatdırıb. Cari ilin önəmli tarixlərlə zəngin olduğunu deyən Altınbek Mamayusupov bildirib ki, Qazaxıstanda da Astana şəhərinin qurulmasının 20, qazax ədəbiyyatının məşhur və önəmli şairlərindən biri Maqcan Cumabayevin 125 illiyi, Qırğızıstanda isə türk dünyasını və mədəniyyətini dünyaya tanıtdıran böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə bağlı tədbirlər keçirilir.

İclasda "TürkPA katibliyinin Maliyyə Əsasnaməsi”, "TürkPA-nın göstərdiyi xidmətə görə medalları və medal vəsiqələrinin Əsasnaməsi”, "2017-ci il üçün TürkPA katibliyinin icrasının illik auditi”, "TürkPA-ya üzv dövlətlərin terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyə dair ortaq mövqeyinin müəyyənləşdiriməsi üzrə hesabat məruzəsi” layihələri ətraflı müzakirə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM