Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:43 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətənə, xalqa sədaqət andının təntənəsi
Vətənə, xalqa sədaqət andının təntənəsi
ANA SƏHİFƏ / SİYASƏT
00:40 31.10.2018

İlham Əliyevin Prezident səlahiyyətlərinin icrasına başlamasından 15 il ötür


Müdrik və qədirbilən xalqımızın cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı ilk dəfə 2003-cü ilin prezident seçkilərində öz təntənəsini yaşadı. Həmin vaxt xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilən İlham Əliyev oktyabrın 31-də vətənə və xalqa sədaqət andı içdi. Bununla da müstəqil Azərbaycan dövlətçiliyinin tarixində gənc və qətiyyətli bir Prezidentlə yeni dövr başladı.
Bu gün Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı kimi and içməsindən 15 il ötür. Cənab İlham Əliyevin oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” deməsi onun ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə necə sadiq olduğunu bir daha nümayiş etdirirdi. Həmin mərasimdə dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti illər üçün özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!
Ötən 15 ildə Azərbaycanda çox dəyişikliklər baş verib: ölkəmiz hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu yüksəlib, regionun lider dövlətinə çevrilib. Təbii ki, Azərbaycan Prezidentinin 15 illik tərəqqi və inkişaf strategiyasının əsas məramlarından biri də xalqın, əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılması, Azərbaycanda sosial rifah dövlətinin qurulmasıdır.


Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi yol


Sosial siyasət çoxcəhətli prosesdir, o mürəkkəb struktura malikdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin ümumi inkişafı haqqında fikir yürütmək olar. Bu mənada sosial siyasətin başlıca məqsədi yoxsulluğun və sosial təzadların olmadığı, yüksək həyat səviyyəsinə malik olan, sosial ziddiyyətlərin kəskin münaqişələrsiz həll edildiyi bir cəmiyyəti formalaşdırmaqdan, insanlarda fəal həyat mövqeyi yaratmaqdan, maddi imkanlardan səmərəli istifadə etməyi öyrətməkdən, cəmiyyətin əmək qabiliyyətli hər bir üzvünün həyat səviyyəsinin onun öz səylərindən asılı olduğunu dərk etdirməkdən ibarətdir.
Təqdirəlayiq və kifayət qədər sevindirici haldır ki, ikinci dəfə dövlət müstəqilliyini əldə etməsindən cəmi 27 il keçməsinə rəğmən, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatı formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib, ölkəmizdə əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər reallaşdırılıb. Belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktorlardan biri də lider amili ilə əlaqədar olub. Azərbaycanın bugünkü mütərəqqi sosial siyasətinin banisi ulu öndər Heydər Əliyevdir.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişinədək Azərbaycanda populist, heç bir iqtisadi qanunlara cavab verməyən sosial siyasət mövcud idi. Bu siyasət ayrı-ayrı sosial stratlara ünvansız, ehtiyaclarını dəqiqliklə qiymətləndirmədən pensiyaların, güzəşt və imtiyazların verilməsini nəzərdə tuturdu. O dövrdə Azərbaycan dövlətinin keçirdiyi ağır iqtisadi böhran sosial siyasətdə sürətli dəyişikliklərin edilməsinə imkan vermirdi. Lakin doxsanıncı illərin ortalarından etibarən ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanda mövcud olan ictimai-siyasi durum normal məcraya düşdü və iqtisadiyyatda irəliləyiş meyilləri yarandı. Bunun nəticəsi kimi isə ölkədə sosial sistemin köklü surətdə yenilənməsi və daha doğrusu, yeni milli modelin yaradılması məsələsi gündəmə gəldi. Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirərək Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədlərindən biri elan etdi.
Yeni model bu və ya digər spesifik cəhətlərlə yanaşı sosial sferada yüksək nəticələr əldə etmiş qabaqcıl ölkələrin ən son təcrübəsini də özündə birləşdirməliydi. Təbii ki, o dönəmdə bu sahədə ən kiçik addımların da atılması heç də asan deyildi. Lakin bu sahədə təkmil islahatların müəllifi olan ulu öndər Heydər Əliyev inanırdı ki, zaman ötəcək və biz ən irimiqyaslı sosial layihələri gerçəkləşdirmək iqtidarında olacağıq.
Ulu öndər güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özünün minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, yenə də bütün yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü.
Yeni, kövrək addımlarını atan Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu hüquqi aspektdə demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi asan və rahat olmayacaqdı. Bu mənada Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi.
Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşərdi. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Bu baxımdan Heydər Əliyevin sosial siyasətinin inkişaf tarixinə nəzər yetirsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində əhəmiyyətli addımlar atılmışdır. Ayrı-ayrı kateqoriya şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Veteranlar haqqında” və s. qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.
Sosial siyasətin transformasiyası o zaman uğurlu hesab oluna bilər ki, elmi-nəzəri, iqtisadi əsaslara söykənsin, eyni zamanda sosial prioritetlər düzgün müəyyənləşdirilsin. Təhlillər göstərir ki, Heydər Əliyev sosial siyasətinin prioritetlərini pensiya islahatları, monetizasiya (güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi), yoxsulluğun azaldılması kimi məsələlər təşkil etmişdir.


İlham Əliyevin idarəçilik konsepsiyası sosial ədalət prinsipini önə çıxarır


Ümummilli lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevin özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş. Qədirbilən xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkilərində Heydər Əliyev kursunun yaşamasına, davam etməsinə səs verdi. Bu mənada İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun yaşaması və davamı kimi baxmaq lazımdır. Ulu öndərin irimiqyaslı neft-qaz layihələrinin gerçəkləşməsi və bu istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün şərait yaratdı.
Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Fəxrlə deyə bilərik ki, sosial ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycanın milli sərvətlərindən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir.
Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü büruzə verir.


Regionların inkişafı diqqət mərkəzindədir


Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, onun mövcud istiqamətləri var. Bu istiqamətlərdən biri regionların inkişafına nail olmaqla ölkədə sosial rifahın yüksəldilməsidir. Bir sözlə, İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də regionların inkişafına xüsusi diqqətin yetirilməsidir.
Vaxtilə daxili və xarici investisiyaların Bakı şəhərinə, onun infrastrukturunun yenilənməsinə cəlb edilməsi, regionlarda kommunal infrastrukturun tələblərə cavab verməməsi Bakı ilə regionlar arasında tamamilə fərqli bir həyat yaratmışdı. Hamı şəhərdə yaşamaq, işləmək istəyirdi, regionlardan əhali şəhərə miqrasiya etməyə başlamışdı. Belə bir tarixi məqamda Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsi və ölkəmizə valyuta axını regionların sosial-iqtisadi problemlərinin həlli üçün davamlı maliyyə resurslarını yaratdı. 2003-cü ilin seçkilərində hər bir vətəndaşın Prezidenti olacağına vəd verən İlham Əliyev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” 11 fevral 2004-cü il tarixli fərman imzaladı. Qeyd edilən proqramın və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icrası dövründə Azərbaycanın siması tamamilə dəyişdi. Proqram ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin, o cümlədən istehsal və emal müəssisələrinin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin qaldırılmasına şərait yaratdı.
Bu işlərin davamı olaraq ölkə Prezidenti tərəfindən 2009-2013-cü və 2014-2018-ci illəri əhatə edən növbəti dövlət proqramları təsdiq olundu. Statistik göstəricilər ötən 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlığını bir daha təsdiq edir. Belə ki, bu illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM-də 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 4,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, yükdaşımalar 2,1 dəfə, informasiya və rabitə xidmətləri 11,2 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,8 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb.


Sosial siyasətin uğurla reallaşmasına xidmət edən göstəricilər


Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanır və həyata keçirilən bütün tədbirlər məhz bu məqsədə xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”.
Ötən 15 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 528,2 manatadək yüksəlib, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb.
Son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
İnsan kapitalının inkişafı məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alıblar.
Dövlət başçısı tərəfindən idmanın inkişafına göstərilən böyük diqqət və qayğı nəticəsində təkcə regionlarda 40-dan çox olimpiya idman kompleksi inşa olunub, ölkəmiz I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, "Formula-1” kimi mötəbər idman yarışlarına uğurla evsahibliyi edib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idman uğurlarımız yüksək qiymətləndirilir, idmançılarımız beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanırlar.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 6000-dən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına bütün sosial-texniki infrastruktura malik 97 müasir qəsəbə salınıb, 52,3 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Ölkəmizdə aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın sürətli iqtisadi inkişafı və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, yoxsulluğun səviyyəsini son 15 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaratmışdır.


Məqsədli dövlət proqramları ilə inkişaf


Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları 15 ildə ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə əhalinin sosial müdafiəsinin getdikcə güclənməsinə xidmət edib.
Sonrakı illərdə də dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman əsas planda yer almışdır. Buna misal olaraq "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2005-2009-cu illər)”, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”, "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”, "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”, "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) Dövlət Proqramı (2006-2015-ci illər)”, "Texniki-peşə təhsilinin inkişafı Dövlət Proqramı (2007-2010-cu illər)”, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, hazırda icra olunan "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”, gənclərlə bağlı dövlət proqramlarını və digər vacib sənədləri göstərmək olar.
"Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, "Şəkərli diabet üzrə Dövlət Proqramı”, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”, "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” kimi sənədlər sosial siyasətin uğurla reallaşmasına xidmət edib.


Sosial problemləri yaradan səbəblər aşkarlanır


İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin də qarşısını alır. Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən keçirilmiş bir sıra tədbirlər nəticəsində onlarla yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da insanların sağlamlığının qorunması, eləcə də böyrək çatışmazlığı xəstəliklərinin baş verməsinin azaldılmasına imkan verəcəkdir.
Ölkəmizdə sosial sahənin inkişafı barəsində danışarkən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyildir. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın əməyi sayəsində sosial həyatımızın ən müxtəlif sahələrində - elm, təhsil, mədəniyyət, səhiyyə və s. sahələrdə ciddi uğurlar əldə olunmuşdur. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi, şəkərli diabet xəstəliyi olan uşaqlara yardım edilməsi, irsi qan xəstəliklərindən olan talassemiya və hemofiliya xəstəliklərinin müalicəsi, qan təminatının yaradılması, milli musiqimizin inkişafı ilə bağlı fəaliyyəti həyatımızda özünün ciddi nəticələrini göstərməkdədir. Heydər Əliyev Fondunun ölkə miqyasında və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihə və proqramlar günümüzün ritmi ilə səsləşən ən həssas məsələlərə həsr olunmuş, öz səmərəli fəaliyyəti ilə sosial problemlərin həllinə vətəndaş cəmiyyətinin gözəl nümunəsini bəxş etmişdir.


Məşğulluq sosial təminatın əsas elementlərindən biri kimi


Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mövcud iqtisadi tənəzzülün dayandırılması, torpaq islahatlarının həyata keçirilməsi, kənd təsərrüfatında yeni mülkiyyət formalarının meydana çıxması, aqrar istehsalın stimullaşdırılması əhalinin məşğulluğunun artmasına stimul verməklə yanaşı, ölkədaxili və xaricə miqrasiyanın azalmasına müsbət təsir göstərdi. Ötən 15 ildə isə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub.
Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilmiş, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilmişdir. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi rolunu oynamaqla vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Ümumiyyətlə, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 15 ildə ölkəmizdə 2 milyondan çox iş yeri açılmışdır ki, bunun da 75 faizi regionların payına düşür.


Əlilliyin artımının qarşısı alınıb


Azərbaycanda reallaşan sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanıb həyata keçirilib. Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapmışdı. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşırdı, maliyyə imkanlarımızın hələ aşağı olduğu 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə isə fərdi evlə təmin olunmuşdu. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaratmışdır. "Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Ötən dövrdə Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, bu insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, bu illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə 6 faizə qədər yüksəlib.
Son illərdə Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər Qarabağ əlili və şəhid ailəsinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondu tərəfindən də son illər həyata keçirilən sosial layihələri nəticəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Bu mənada Mehriban Əliyevanın təşəbbüsü, diqqət və qayğısı nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.
Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın sosial rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcək.

Hadi RƏCƏBLİ,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM