30 Oktyabr 2018 16:13
420
DÜNYA
A- A+

ABŞ Meksika ilə sərhədə 5,2 min hərbçi göndərəcək


ABŞ miqrant karvanının yaxınlaşdığı Meksika ilə sərhədə 5200 hərbçi göndərməyi planlaşdırır. Bu barədə Amerika Silahlı Qüvvələri Şimal komandanlığının rəisi, general Terrens O’Şonessi Pentaqonda jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat vermişdir.

Sərhədçilərə kömək üçün əraziyə həm də helikopterlər və dronlar göndəriləcək. Generalın dediyinə görə, hazırda sərhəddə ABŞ Milli Qvardiyasının 2 mindən çox əsgəri var və oraya daha 800 qvardiyaçı gedir.

Oktyabrın 13-də Qvatemala, Honduras və Salvadordan 7 min nəfərə yaxın adam ABŞ-a üz tutmuşdur. Onların əksəriyyəti Meksikaya qanunsuz gəlmişdir. "Pueblo Sin Fronteras” könüllülər təşkilatının məlumatına görə, miqrantların bir qismi geri qayıtmış, təxminən 1700 nəfər Meksikanın təklifini qəbul edərək orada qalmışdır. Hazırda karvan təxminən 4 min nəfərdən ibarətdir. Miqrantlar Meksikanın Oahaka bələdiyyəsində, ABŞ-la sərhədin bir neçə yüz kilometrliyindədir.

Bundan əvvəl minlərlə qaçqın Qvatemalanın Tekun-Uman şəhərində sərhədi yarıb Meksikaya keçmək istəmişdir. Nəticədə toqquşmalar baş vermiş və bir miqrant həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video