30 Oktyabr 2018 12:29
212
DÜNYA
A- A+

Tunisdə partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb


Tunis paytaxtının mərkəzində törədilən partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Shems Fm radiostansiyasının yaydığı məlumata görə, yaralananların arasında 15 polis əməkdaşı və 2 uşaq var.
Xatırladaq ki, oktyabrın 29-da qadın terrorçu-kamikadze partlayıcı qurğunu Tunis şəhərinin izdihamlı Həbib Burgib küçəsindəki polis postunun yaxınlığında işə salıb. Hüquq mühafizə orqanları terrorçunun şəxsiyyətini müəyyənləşdirib. Onun 30 yaşlı Tunis vətəndaşı olduğu bildirilir.
Bu, son üç ildə Tunis paytaxtında törədilən ilk terror hücumudur. 2015-ci ildə silsilə terror aktlarından sonra Tunisin hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib və nəticədə ölkəyə xarici turist axını artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video