30 Oktyabr 2018 01:00
554
Mədəniyyət
A- A+

“Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilində nəşri təqdim edilib


Oktyabrın 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilində nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov "Azərbaycan multikulturalizmi” fənninin 19 xarici ölkədə tədris olunduğunu deyib. Əlavə edib ki, bu dərsliyin ingilis dilində buraxılması zərurəti bununla bağlıdır. Dərslik bu yaxınlarda rus dilində də nəşr ediləcək.

Nəşrin digər elmi redaktoru BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla bildirib ki, bu kitabda dərin və köklü məsələlər öz əksini tapıb. Bu dərslikdən bir neçə nəsil faydalanacaq. "Azərbaycan multikulturalizmi” dərsliyi bu fənnin tədrisində müəllimlər və tələbələr üçün böyük töhfədir. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Azərbaycanda multikultural təhlükəsizlik təmin edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, talış icmasının rəhbəri İmamverdi Həmidov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, tarix elmləri doktoru Solmaz Tohidi və digərləri çıxış edərək yeni nəşrin önəmindən danışıblar. Bildirilib ki, gənclərə multikultural dəyərlərin aşılanması baxımından "Azərbaycan multikulturalizmi” dərsliyi mühüm önəm kəsb edir. Bu nəşr Azərbaycan multikulturalizmi haqqında məlumatların dünyaya çatdırılmasında böyük rol oynayacaq. Kitab Azərbaycanın multikulturalizm modelinin öyrənilməsində tələbələr və müəllimlər üçün dəyərli mənbə, eyni zamanda, gənc nəslin bu sahədə maariflənməsinə böyük töhfədir.

Vurğulanıb ki, Azərbaycan tarixən multikultural və tolerant bir ölkə olub. Burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Çıxışçılar ölkəmizin tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin Azərbaycanda sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video