30 Oktyabr 2018 00:58
244
SİYASƏT
A- A+

Azərbaycan mediasına ləkə olanlar layiqli cəzalarını almalıdırlar


Güclü dövlətin bütün demokratik institutları da güclü olur. Medianın da azad, müstəqil və rəqabətə davamlı olması eyni məntiqlə xarakterizə edilə bilər. Bu gün milli mətbuatın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi də həmin sütunların daha möhkəm olması naminə atılan məqsədyönlü addımlardandır.

Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan iqtidarı söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni uğurlu addımlar atır.

Prezident İlham Əliyev söz və mətbuat azadlığının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir və bir dövlət başçısı kimi KİV-in sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə hər cür imkanlar yaradır.

Məhz İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır. Belə ki, ölkəmizdə jurnalistlərə fəxri adların verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxarıb.

Dövlət başçısının KİV-ə dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Cənab İlham Əliyev dəfələrlə sübut edib ki, dövlət demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və bunu üçün lazımi tədbirlər görür.

Hər kəsə bəllidir ki, hazırda Azərbaycanda mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza mövcuddur. Azad sözün, müstəqil mətbuatın inkişafında dövlət başçısının liderlik xüsusiyyəti, iradəsi də ortadadır. Mətbuata hər zaman açıq şəkildə dəstək verən, azad sözün qorunması istiqamətində öz qayğısını əsirgəməyən dövlət başçısının mətbuatın inkişafı, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər kifayət qədər geniş və dünyada analoqu olmayan addımlardır. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Konsepsiyası qəbul olunduqdan sonra isə bu istiqamətdə ölkəmizdə sistemli və şəffaf iş aparılır, mediaya dövlət tərəfindən yardımlar ayrılır. Azərbaycan Prezidenti atdığı addımlarla bütövlükdə mətbuatın dostu olduğunu uzun illərdir ki, əməldə sərgiləyir.

Bütün bunlara baxmayaraq təəssüflə qeyd edə bilərik ki, media orqanı adı ilə fəaliyyət göstərərək ölkəmizdə yaradılmış söz azadlığına, plüralizmə zor tətbiqi yolundan dönməyənlər də qalmaqdadırlar. Düzdür, son illərdə media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelərindən xilas olması üçün aparılan mübarizə sayəsində belə nəşrlərin, saytların sayı xeyli dərəcədə azalıb. Ancaq "reket” jurnalistikasının tör-töküntüləri bu sahə ilə bağlı bəsit təsəvvürlərini ictimaiyyətə sırımağa cəhd göstərirlər. Onlar şantaj, qarayaxma kampaniyası apararaq nəyəsə nail olmağa çalışsalar da, "fəaliyyətləri” çox uzun çəkmir.

Elə oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı saxlanılan "Reallıq.info” saytını media qurumu, özünü də bu qurumun baş redaktoru kimi təqdim edən İkram Rəhimovun saxlanılması da bunu bir daha təsdiqləyən faktdır. Onun saxlanma səbəbi tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayması, bu qəbil materialların yayımının dayandırılması müqabilində pul tələb etməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasıdır.

Qeyd edilir ki, bu şəxsin rəhbərlik etdiyi şəbəkəyə ən azı 8 xəbər saytı daxildir. Həmin saytlar Mətbuat Şurasının "qara siyahısı”na düşüb və dəfələrlə xəbərdarlıq alıb bloklansalar da, yenə də İ.Rəhimov bir nəticə çıxarmayıb. "Reallıq.info” bloklansa da, əvəzində "reallıqinfo.az” və "reallıq.org” saytları açılıb. İ.Rəhimovun rəhbərlik etdiyi saytlar barədə 6 dəfə inzibati ölçü götürülsə də, yenə nəticəsi olmayıb.

DTX əməkdaşları tərəfindən saxlanılan və hazırda haqqında araşdırma aparılan bu şəxs əlbəttə ki, ilk mərhələdə Mətbuat Şurasından xəbərdarlıq aldığı zaman nəticə çıxarsaydı, fəaliyyətini qanuni müstəvidə qursaydı, bu duruma düşməzdi.

Yəqin ki, obyektiv istintaq aparılacaq və tezliklə həqiqətlər üzə çıxacaqdır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video