29 Oktyabr 2018 18:17
680
İDMAN
A- A+

Qurban Qurbanov növbəti rekorda imza atıb


Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov növbəti rekorda imza atıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi” ilə qarşılaşması "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ölkə çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub.
Hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun yetirmələri Premyer Liqada 523 qol vurub, 244-ünü buraxıblar.
Məşqçiliyə 2006/2007-ci il mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Q.Qurbanov ilk oyununu "Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, "Qarabağ”ı 322 çempionat matçına çıxarıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video