29 Oktyabr 2018 18:14
1199
PARLAMENT
A- A+

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib



Oktyabrın 29-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəliyə daxil edilən Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar məlumat verib. O, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlər barədə danışıb. "Elektron Məhkəmə” informasiya sisteminin yaradılması və tətbiq edilməsinin məhkəmə-hüquq sahəsində elektron xidmətlərin keyfiyyətinin artmasına, informasiya təminatının yaxşılaşmasına, məhkəmələrin ümumi iş fəaliyyətində operativliyin təmin olunmasına müsbət təsir göstərdiyini, məhkəmə sisteminin müasirləşməsini təmin etdiyini vurğulayıb.

Sonra iclasda iştirak edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov yeni namizədlər barədə məlumatı diqqətə çatdırıb. Qeyd olunub ki, "Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilir.

İclasda Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlunun, Hüseyn Aida Əli qızının "Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilməsi məqsədəuyğun sayılıb. Bildirilib ki, Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu Gəncə Apellyasiya Məhkəməsinin, Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin, Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu Şirvan Apellyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilir.

Deputatlar Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Rəfael Cəbrayılov, Elşən Musayev, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Tahir Kərimli namizədlikləri təqdim olunan gənc hakimlər barədə fikirlərini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Milli Məclisin deputatları məhkəmə-hüquq sistemindəki islahatları yüksək dəyərləndirib, yeni təkliflərini səsləndiriblər.

Müzakirə olunan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video