29 Oktyabr 2018 16:34
264
DÜNYA
A- A+

Gürcüstanın azərbaycanlı vətəndaşları prezident seçkilərində fəal iştirak ediblər


Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində bu ölkədəki mili azlıqlar, o cümlədən azərbaycanlılar da fəal iştirak ediblər.
Gürcüstanın azərbaycanlı vətəndaşları azad və demokratik şəkildə öz seçimlərini ediblər.
AZƏRTAC Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadla xəbər verir ki, onların əksəriyyəti prezident seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə səs verib.
MSK-nın məlumatında bildirilir ki, azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə seçki bülletenləri Azərbaycan və gürcü dillərində olub.
Marneuli rayonunda 90 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə, S.Zurabişvili 47,79 faiz, "Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 39,05 faiz səs qazanıb.
Azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 63 seçki məntəqəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Salome Zurabişvili 40,23 faiz, Qriqol Vaşadze isə 42,63 faiz səs əldə edib.
S.Zurabişviliyə ən çox səs Bolnisi rayonunda verilib. Xanım namizəd rayonun 62 seçki məntəqəsi üzrə səslərin 59,18 faizini qazanıb. Q.Vaşadzenin topladığı səs isə 31,45 faiz olub.
Dmanisi rayonunda 50 seçki məntəqəsində S.Zurabişvili 48,43 faiz, Q.Vaşadze isə 39,71 faiz səs qazanıb.
Məlumat üçün qeyd edək ki, seçkilərin əsas favoriti olan hər iki namizəd birinci turda lazım olan səs faizini toplaya bilmədikləri üçün prezident kürsüsü uğurunda mübarizəni ikinci turda davam etdirəcəklər.
İkinci tur isə dekabrın 1-dən gec olmayaraq keçirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video