29 Oktyabr 2018 12:39
913
Elm və texnika
A- A+

Azərbaycanlı alim beynəlxalq konfransda Azərbaycan dövlətçiliyinin tarixi ilə bağlı məruzə etmişdir


Rusiya Federasiyasının Moskva şəhərində ”Moskva Kremli” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruğu”nda «Muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan tarixi silahlar” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Mötəbər və nüfuzlu tədbirlərdən hesab edilən bu konfransda Rusiyadsn və Avropadan yüksək səviyyəli alimlərin elmi məruzələri dinlənilmişdir. Konfransda ölkəmizi təmsil edən "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İB İdarə Heyəti sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru, bayraqşunaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov "XVIII-XIX əsrlərdə Azərbaycanda dövlətçilik atributları və hakimiyyət rəmzləri- tuğ, şeşpər, bayraq və qılınc) adlı elmi-məruzə ilə çıxış etmişdir. P.Gözəlov məruzəsində qeyd edib ki, dövlətçilik tarixi siyasi anlayış kimi siyasi tarixin ən mühüm sahələrindən biridir. Müəyyən edilmiş ərazi çərçivəsində, qədim ənənələrə, atributlara malik olması və hakimiyyətin sabitliyi müasir Azərbaycanın dövlətçiliyinin qarantıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasında müstəsna xidmətlər göstərmiş, onun müstəqilliyini əbədi və sarsılmaz etmişdir.

Natiq bildirmişdir ki, müasir Azərbaycanın dövlətçiyi barədə danışan zaman mütləq tarixi dövlətçilik atributlarınının tədqiqini qeyd etmək lazımdır. Azərbaycan xanlarının hakimiyyət rəmzləri vurğulamaq istərdim, Qarabağ xanına məxsus olmuş "şeşpər”, Gəncə xanına məxsus olmuş "tuğ” və Azərbaycan xanlıqlarınının məlum olan 16 bayrağı qeyd edilməlidir. Azərbaycan xanlıqlarının hakimiyyət atributlarından olan 13 bayraq və bir "tuğ” 1924-cü ildə Tiflisdən Bakıya qətirilmiş, yalnız İbrahim Xəlil xana məxsus olmuş "şeşpər” 1928-ci ildə Qarabağ xanları nəslindən olan Allahyar Cavanşir tərəfindən "Azərbaycanın Tarix muzeyinə” hədiyyə olaraq təhvil verilmişdir. 2006-cı ildən tarixçi alim Pərvin Gözəlov tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində 2015-ci ildə Naxçıvan xanlığının 3 (üç) bayrağı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki muzeylərindən aşkar edilmişdir. XVIII əsrin II yarısında Azərbaycan dövlətçliyi özünəməxsus milli elementləri qoruyaraq şərq, islam və türk mədəniyyətlərinin ümumi çərçivəsində inkişaf etmişdi. Azərbaycan xanlıqları dövlətçiliyin bütün vacib xüsusiyyətlərinə malik olmuşlar: pul vahidi olan sikkələr, sərhədlə müəyyən edilmiş ərazi, ordu, bayraq, tuğ, şeşpər, qılınc-şəmşir, dövlət dili və dini mənsubluğu. Konfransda Azərbaycan xanlarının bu günə kimi qorunub saxlanılmış sarayları - Naxçıvan şəhərindəki xan sarayı və Şəki xan sarayı barədə məlumat verilmiş, sarayların zahiri görünüşü və interyeri əyani olaraq nümayiş edilmişdir. Azərbaycan xanlıqlarının döyüş və müqavilələr yolu ilə çar Rusiyasına birləşdirilməsi, Azərbaycan xanlıqlarının strateji-hərbi baxımından əhəmiyyətini faktlarla şərh edilmiş, Azərbaycanın tarixi ərazisi qeyd edilən 1809-1817-ci illərin topoqrafik xəritəsi nümayiş olunmuşdur. Sonda məruzəçi tərəfindən müvafiq foto-slaydlar nümayiş olunmuş, hərtərəfli izahlar təqdim edilmiş və suallar cavablandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video