28 Oktyabr 2018 22:51
636
İDMAN
A- A+

“Neftçi” “Qarabağ”ı məğlub edib


Oktyabrın 28-də Azərbaycan Premyer Liqasının 9-cu turunda oynanılan "Neftçi” – "Qarabağ” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena”da keçirilən oyunda hesabı paytaxt təmsilçiləri açıblar. Belə ki, Dario Federikonun cinah ötürməsi zamanı top ağdamlıların müdafiəçisi Abbas Hüseynovun ayağına dəyərək qapıdan keçib - 1:0. Daha sonra "Neftçi” qarşılaşmanın 25-ci dəqiqəsində hesab arasındaki fərqi iki topa çatdırıb. Mirabdullah Abbasov oyunda yenidən məhsuldar ötürmə ilə yadda qalan Dario Federikonun ötürməsini qola çevirib – 2:0. Birinci hissəyə komandalar "flaqman”nın 2:0 hesablı üstünlüyü ilə yollanıb.

Fasilədən sonra əks hücumlara bel bağlayan "Neftçi” matçın sonlarında - 84-ci dəqiqədə qapısında qol görüb. Mahir Mədətov adını tabloya yazdırıb - 1:2. Bu da oyunda son qol olmayıb. Emil Mahmudov cinahda Rəşad Sadıqovu keçərək çempionatın bombardiri Baqali Daboya ötürmə verib, sonuncu fürsəti əldən verməyib. Beləliklə, görüş "Neftçi” klubunun 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra "Neftçi” xalların sayını 21-ə çatdıraraq turnir cədvəlində birinci yerdəki mövqeyini qoruyub saxlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video