28 Oktyabr 2018 18:32
530
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: “Səbail” klubu “Keşlə”ni məğlub edib


Oktyabrın 28-də Azərbaycan Premyer Liqasının 9-cu turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Bayıl Arena”da oynanılan oyunda "Keşlə” klubu "Səbail”in qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Dənizçilər”in hər iki qolu birinci hissədə vurub. İyirmi dördüncü dəqiqədə Yevgeni Koçuk Tural Axundova qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Bundan 5 dəqiqə sonra Fəhmin Muradbəyli fərdi ustalığı sahəsində üç müdafiəçini keçərək hesab arasındaki fərqi iki topa çatdırıb.

İkinci hissədə isə qonaqlar üstün tərəf olublar. Buna 49-cu dəqiqədə Koçukun ikinci sarı vərəqədən sonra azlıqda qalması da təsirsiz ötüşməyib. "Keşlə”nin təsəlli qolunu 90+2-ci dəqiqədə Denis Silva vurub.

Beləliklə, rəqibinə ilk dövrədəki hesabla qalib gələn "Səbail” xallarını 16-ya çatdırıb və "Sabah”la 3-4-cü yerləri bölüşür. Beş xala malik "Keşlə” isə 7-ci pillədə qalıb.

Qeyd edək ki, bu klublar arasında çempionat oyunlarında tərəflər hərəyə 2 qələbə qazanmaqla yanaşı, bir matçda da heç-heçə ediblər. "Səbail” ötən tur "Qarabağ”a bir cavabsız qolla uduzsa da, əsasnamənin tələblərini pozan Ağdam klubuna texniki məğlubiyyət verilib. "Keşlə” isə cari mövsümdə ilk qələbəsini ötən həftə "Zirə”ni məğlub etməklə qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video