28 Oktyabr 2018 00:29
307
DÜNYA
A- A+

Türkiyədə 12 terrorçu zərərsizləşdirildi


Türkiyə Silahlı Qüvvələrinin son bir həftə ərzində ölkə daxilində və xaricdə keçirdiyi əməliyyatlar nəticəsində 12 terrorçu zərərsizləşdirilmiş, xeyli sayda döyüş sursatı müsadirə edilmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 18-dən 26-dək ölkənin silahlı qüvvələri Siirt, Diyarbəkir, Ağrı, Mardin, Şırnak, Hakkari və PKK/KCK terrorçu təşkilatının bazalarının yerləşdiyi Şimali İraqda əməliyyatları davam etdirmişdir.

Təhlükəsizlik qüvvələri kustar üsulla hazırlanmış 8 qurğunu zərərsizləşdirmiş, terrorçuların 7 atəş mövqeyini, sığınacaqlarını və anbarlarını məhv etmişdir.

Əməliyyatlarda 2 hərbi qulluqçu şəhid olmuş, 6-sı yaralanmışdır.

Məlumata görə, bu il yanvarın 20-də "Zeytun budağı” əməliyyatı başlayandan bəri zərərsizləşdirilmiş terrorçuların sayı 4585 nəfərə çatmışdır.

Bu arada Suriyanın Afrin şəhərində minalardan təmizləmə işləri davam edir. İndiyədək 299 mina və kustar üsulla istehsal olunmuş 1616 partlayıcı qurğu məhv edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video