Alternative content

01:28 17 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Marketinq sahəsində trenddə olan ən aktual mövzular müzakirə edilir
Marketinq sahəsində trenddə olan ən aktual mövzular müzakirə edilir
ANA SƏHİFƏ / ELANLAR
00:24 28.10.2018


"Azercell Telekom” MMC marketinq sahəsində trenddə olan ən aktual mövzuları müzakirə etmək üçün müxtəlif sahə ekspertləri, influenserlər (cəmiyyətdə təsir qabiliyyətinə malik şəxslər), sahə oyunçuları, brend və biznes sahiblərini bir araya gətirən "Global Influencer Day” tədbirinə dəstək verir. "Azercell” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək "İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq "Global Influencer Day”in GSM sponsoru kimi iştirak edir. 26 oktyabrda keçirilən mətbuat konfransında sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb. "Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya öz çıxışında bu tədbirlərin insan həyatının asanlaşdırılmasına, onun keyfiyyətinin artırılmasına doğru atılan addımlardan olduğunu bildirib, süni intellekt, əşyaların interneti, big data, İKT-də sahibkarlıq və s. bu kimi anlayışları cəmiyyət üçün mümkün və daha yaxın edən insanlara və təşkilatlara uğurlar arzu edib. Şirkət və brend sahiblərinin öz məhsullarını təqdim etməsi üçün əlverişli platforma hesab edilən tədbir "Keepface Influencer” Marketinq Platformasının rəsmi dəstəyi ilə "FA International Trade Events” şirkəti tərəfindən oktyabrın 27-28-də Bakıda keçiriləcək.

Ölkəmizdə ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə influenserləri bir araya gətirməkdir. "Microsoft”, "Google” və "Instagram” kimi nüfuzlu şirkətlərin nümayəndələrinin öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbirdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və "influencer marketing” kimi mövzular müzakirə olunacaq, təqdimatlar nümayiş etdiriləcək. Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia da tədbirdə çıxış edəcək. Tədbirin sonunda influenserlərin mükafatlandırma mərasimi olacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM