27 Oktyabr 2018 16:53
661
Təhsil
A- A+

ADA Universitetinin latviyalı məzunu: Azərbaycanda biznes qurmaq üçün əla mühit var


Dörd il öncə ADA Universitetini bitirmişəm. Təhsil aldığım illərdə Azərbaycanı çox sevdim. Hər il buraya gəlirəm. Azərbaycanda biznes qurmaq üçün əla mühit var. Gələcək biznes planlarım məhz Azərbaycanla bağlıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetinin məzunu, VI Bakı Beynəlxalq Humanitar Forumunun latviyalı iştirakçısı Uldis Villeress deyib. Bildirib ki, artıq əczaçılıq sahəsində biznesi var. Sumqayıtda yerləşən əczaçılıq şirkətində müxtəlif dərmanlar istehsal olunur.

Latviyalı gənc biznesmen vurğulayıb ki, Azərbaycan beynəlxalq əməkdaşlıq qurmaq üçün əla məkandır. Burada biznesi inkişaf etdirmək və genişləndirmək imkanları çoxdur.

"VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü, eləcə də Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı çox maraqlı keçdi. Düşünürəm ki, bu təşkilat bizim daha sıx əlaqələr qurmağımız üçün faydalı olacaq”, - Uldis Villeress əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video