26 Oktyabr 2018 18:40
270
DÜNYA
A- A+

Yəməndə iki terror aktında 24 nəfər həlak oldu


Yəmənin qərbində yerləşən Hodeydə şəhərində törədilmiş iki terror aktı nəticəsində 24 nəfər həlak olmuş, 16 dinc sakin yaralanmışdır. Bu barədə BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Liz Qrande məlumat vermişdir.

Terror aktları şəhərin Beyt əl-Fəkih və Xali rayonlarında həyata keçirilmişdir.

Bildirilir ki, iyun ayından bəri Hodeydədə döyüşlər nəticəsində 170 nəfər həlak olmuş, 1700 nəfər yaralanmışdır. 570 min dinc sakin ev-eşiyini tərk etmişdir.

Xatırladaq ki, Yəməndə 2014-cü ildən bəri davam edən silahlı münaqişədə bir tərəfdən "Ənsar Allah” şiə hərəkatının qiyamçıları və devrilmiş prezident Əli Abdulla Salehin tərəfdarları, digər tərəfdən Prezident Əbd Rəbbo Mənsur Hadiyə sadiq hökumət qoşunları iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video