26 Oktyabr 2018 18:33
195
SİYASƏT
A- A+

Qırğızıstan Prezidentinin müşaviri: Bakı humanitar məsələlərin müzakirə meydanına çevrilir


Mən Bakı Beynəlxalq Humanitar Forumunda bir neçə dəfə iştirak etmişəm. Müasir dünyada bu Forumun böyük əhəmiyyəti var. Sevindirici haldır ki, humanitar məsələlər məhz Azərbaycanda qaldırılır. Bakı humanitar məsələlərin müzakirə meydanına çevrilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Qırğızıstan Prezidentinin müşaviri Sultanbay Rayev söyləyib.
Aktual məsələlərin müzakirəsi baxımından Forumu yüksək qiymətləndirən qonaq vurğulayıb ki, bu tədbir Forumun bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. S.Rayev deyib: "Zəmanəmizdə təzadlar olduqca çoxdur. Bəşəriyyət qarşısında müxtəlif xarakterli çağırışlar durub. Bakı beynəlxalq humanitar məkanında məhz bu məsələlər qaldırılır. Qonaqpərvərliyinə və humanitar xarakterli məsələlərin qaldırılmasına şərait yaratdığına görə Azərbaycana təşəkkür edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video