Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Sloveniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan-Sloveniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
18:25 26.10.2018

Oktyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Sloveniya əlaqələrinin perspektivləri müzakirə olunub.
Milli Məclisin sədri Oqtay Əsədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyinə görə qonağa minnətdarlığını ifadə edib. O, belə səfərlərin ölkələrimiz arasında uğurlu əməkdaşlığın perspektivləri üçün geniş imkanlar yaratdığını vurğulayıb. Bildirilib ki, əlaqələrimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir.

Görüşdə vurğulanıb ki, son illər Azərbaycan ilə Sloveniya arasında əlaqələr müxtəlif sahələr üzrə inkişaf edir. İndiyə qədər ölkələrimiz arasında 12 sənəd imzalanıb. İqtisadi əməkdaşlıq hazırda arzuedilən səviyyədə olmasa da, bunun inkişafı üçün hər iki ölkənin potensialı mövcuddur. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, digər sahələrdəki kimi, iqtisadi sahədə də inkişaf istənilən səviyyəyə çatacaq.
Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdıran Oqtay Əsədov dövlətimizin həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib.

Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına toxunulub. Qeyd olunub ki, 2014-cü ildə Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə, 2016-cı ildə isə Xocalı qətliamına dair qətnamələr qəbul edilib. Sədr Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Sloveniya tərəfinə minnətdarlığını bildirib.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu deyən Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O deyib ki, səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Bu müzakirələr ölkələrimizin əməkdaşlığına mühüm töhfələr verəcək.
Aloyz Kovşka VI Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən mövzuların aktuallığını qeyd edib, burada səslənən fikir və təkliflərin çox faydalı olduğunu vurğulayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM