26 Oktyabr 2018 18:11
615
Təhsil
A- A+

Azərbaycanın Energetika Nazirliyi ilə Meksikanın Energetika Nazirliyinin əməkdaşlığına dair saziş layihəsi müzakirə edilib


Azərbaycanın Energetika Nazirliyi və Meksikanın Energetika Nazirliyi arasında əməkdaşlığa dair saziş layihəsi üzrə müzakirələr aparılıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika parlamentinin deputatı xanım Qabriela Baronla görüşüb.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən məkan kimi tanındığını vurğulayan energetika naziri genişmiqyaslı forum və konfransların müxtəlif sahələrdə ölkələrarası əməkdaşlığın inkişafına da töhfə verdiyini deyib.

Nazir Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi inkişaf yolundan bəhs edib. Beynəlxalq neft-qaz şirkətləri ilə "Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan əməkdaşlığın karbohidrogen resurslarının işlənməsi və beynəlxalq bazarlara çıxarılması, qlobal enerji layihələrinin həyata keçirilməsində rolundan danışıb. Bildirilib ki, Azərbaycan həmişə enerji sahəsində əməkdaşlığa açıq olub, yaradılmış əlverişli mühit ölkəmizi etibarlı və uzunmüddətli tərəfdaşa çevirib. "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması isə Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin əhəmiyyətini artırır.

Görüşdə elektroenergetika sektorunda aparılan islahatlar, bərpaolunan enerji mənbələrindən istifadə istiqamətində planlaşdırılan tədbirlər, Gürcüstan və Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələrlə bağlı məlumatlar da qonağın diqqətinə çatdırılıb.

Xanım Qabriela Baron isə Parlamentlərarası İttifaqın bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçiriləcəyi barədə məlumat verib. Ölkəsinin enerji sektorunda həyata keçirilən tədbirlərdən, bu sahənin iqlim dəyişiklikləri kimi qlobal çağırışlardan irəli gələn tələblərə uyğun inkişaf etdirilməsindən danışıb, Azərbaycanın nefti insan kapitalına çevirmək siyasəti ilə maraqlanıb.

Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Energetika Nazirliyi arasında əməkdaşlıq haqqında" Saziş layihəsi üzrə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video