26 Oktyabr 2018 17:26
319
DÜNYA
A- A+

İordaniyada sel fəlakəti: 20 nəfər ölüb, 40-dan çox insan xəsarət alıb


İordaniyanın Ölü dəniz rayonunda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, 40-dan çox insan isə xəsarət alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölənlərin əksəriyyəti selin apardığı məktəb avtobusunda olan 14 yaşadək uşaqlardır. Ekskursiya zamanı içərisində 37 şagird və onları müşayiət edən 7 müəllimin olduğu avtobusu güclü sel körpüdən aşırıb.
Təbii fəlakətin əsas zərbəsinin dəydiyi Əl-Əhvar regionunda iki mindən çox insanın iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata aviasiyanın da cəlb olunduğu bildirilir. Ölü dənizdə baş verən faciə ilə bağlı ölkədə bayraqlar endirilib.
Rəsmi məlumata əsasən, təsdiq edilən marşruta baxmayaraq, ekskursiya təşkilatçıları yolu dəyişib və bununla da avtobus təbii fəlakətin mərkəzinə düşüb.
Xatırladaq ki, İordan çayının Ölü dəniz rayonu dünyanın ən alçaq hissəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video