Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:16 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2019-cu ildə Bakıda təşkil olunacaq gimnastika növləri üzrə beynəlxalq yarışların təqvim planı açıqlanıb
2019-cu ildə Bakıda təşkil olunacaq gimnastika növləri üzrə beynəlxalq yarışların təqvim planı açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
16:50 26.10.2018

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2019-cu ildə Bakıda təşkil olunacaq gimnastika növləri üzrə beynəlxalq yarışların təqvim planını təqdim edib.

AZƏRTAC xəbər verir ki, növbəti il federasiya yenidən zəngin iş planı ilə çalışaraq 2019-cu ilə fevralın 16-17-də batut gimnastikası üzrə dünya kuboku ilə start verəcək. Bir ay sonra – martın 14-17-də meydança idman gimnastlarının olacaq. Bu tarixlərdə artıq 4-cü dəfə ölkəmizdə idman gimnastikası üzrə dünya kuboku təşkil olunacaq. Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. Aprelin 26-28-də bu növ üzrə dünya kuboku, bir neçə həftə sonra – mayın 17-19-da isə Avropa çempionatı keçiriləcək.

Gələn il AGF ilk dəfə olaraq gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastların ardınca, mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar.

İyulun 20-28-də ölkəmizdə ilk dəfə olaraq Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında olacaq.

İlin nəzərdə tutulan son yarışı bədii gimnastika üzrə dünya çempionatıdır. Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq.

Paytaxtımızda baş tutacaq hər üç dünya kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri isə məhz "Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olacaq.

Qeyd edək ki, gimnastika növləri üzrə bütün beynəlxalq yarışların Milli Gimnastika Arenasında baş tutması daimi gimnastika tamaşaçılarını daha da sevindirəcək. Belə ki, onlar sərfəli şərtlərlə "Mövsümi Bilet” əldə edərək, artıq bütün beynəlxalq gimnastika yarışlarını özlərinə məxsus oturacaqlardan izləyə biləcəklər.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM