26 Oktyabr 2018 16:45
223
SİYASƏT
A- A+

Oman Xəbər Agentliyinin baş direktoru: Bakı Forumunun dünya üçün böyük əhəmiyyəti var


Bakıda olmağımdan məmnunluq hissi keçirirəm. Hər dəfə gələndə yeniliklərin, inkişafın şahidi oluram. VI Bakı Beynəlxalq Humanitar Forumu yaxşı təşkil olunub, mövzusu da aktualdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Oman Xəbər Agentliyinin baş direktoru Məhəmməd bin Mübarək Əl-Ərimi deyib.
Bildirib ki, Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olması əlbəttə təqdirəlayiqdir. Burada VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsinin dünya üçün böyük əhəmiyyəti var.
"Forumda müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə qlobal problemlər müzakirə edilib, əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bütün bunlar ümumilikdə dünya üçün faydalıdır”, - deyə Məhəmməd bin Mübarək Əl-Ərimi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video