26 Oktyabr 2018 16:34
229
DÜNYA
A- A+

Con Bolton Gürcüstanda regional təhlükəsizlik və işğal altında olan ərazilərdəki vəziyyətə dair məsələləri müzakirə edib


ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə çox maraqlı və məhsuldar görüşümüz oldu. Biz ABŞ-Gürcüstan strateji əməkdaşlığı da daxil olmaqla bütün aktual məsələləri nəzərdən keçirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani Con Bolton ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

Nazir deyib ki, görüşdə qlobal və regional təhlükəsizlik, sülhə, təhlükəsizliyə təhdidlər və s. məsələlər diqqət mərkəzində olub. Həmçinin işğal altında olan ərazilərdəki vəziyyətə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, təhlükəsizliyin təmin olunmasında ABŞ-ın köməyi vacibdir.

Nazirin sözlərinə görə, söhbət zamanı iki ölkə arasında iqtisadi əlaqələr, azad ticarət zonasının yaradılması və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video