Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:16 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb
Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / PARLAMENT
16:29 26.10.2018

Oktyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi səfir Rudolf Mihalkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, ümidvar olduğunu bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz regionu üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi əməkdaşlığın dərinləşməsi üçün səylə çalışacaq.
Görüşdə qeyd edilib ki, dinamik inkişaf edən Azərbaycan bu gün regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Ölkəmizin iştirakçısı olduğu və İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin və nəqliyyat marşrutlarının inkişafı üçün əməli addımlar atılır.
Parlamentin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib. O deyib: "Təəssüflər olsun ki, münaqişənin həlli üçün danışıqların getdiyi 25 ildən artıq müddətdə ATƏT-in Minsk qrupu ortaya normal bir sənəd çıxara, normal bir yol göstərə bilməyib. Minsk qrupu münaqişənin həlli istiqamətində səylərini artırmalıdır”.
Yeni təyinatından məmnunluğunu bildirən səfir Rudolf Mihalka region, Azərbaycan haqqında, mövcud münaqişələr barədə kifayət qədər məlumatlı olduğunu deyib. "Çalışacağam ki, mövcud münaqişələrin həllində ATƏT öz səylərini artırsın. ATƏT münaqişənin sülh yolu ilə həll olunması prosesini dəstəkləyir”, - deyə o əlavə edib.
Görüşdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM