26 Oktyabr 2018 16:14
640
İDMAN
A- A+

AFFA-nın prezidenti Ukrayna Futbol Federasiyasının rəhbəri ilə görüşüb


AFFA-nın prezidenti Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının (UFF) rəhbəri Andriy Pavelko ilə görüşüb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ” – "Vorskla” oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko Bakıda səfərdə olub. Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə A.Pavelko arasında keçirilən görüşdə AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Söhbət zamanı iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlığının perspektivləri müzakirə olunub. Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.
Andriy Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkilinə və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video