26 Oktyabr 2018 16:09
836
Elm və texnika
A- A+

VI Bakı Beynəlxalq Humanitar Forumu: Azərbaycanda təhsil almış məzunların ilk görüşü keçirilir


Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda "dəyirmi masa" keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatoluq edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
"Dəyirmi masa" çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib.
Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və onların təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi çıxış edir.
Tədbir "Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu", "Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində", "İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi" mövzularında panellərlə davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video