26 Oktyabr 2018 16:07
177
DÜNYA
A- A+

Əfqanıstanda 21 qanunsuz təşkilat, 50 mindən çox silahlı fəaliyyət göstərir


Hazırda Əfqanıstan ərazisində 21 qanunsuz təşkilat mövcuddur, silahlıların sayı isə 50 mini keçir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın müdafiə naziri Hilaluddin Hilal Pekində keçirilən təhlükəsizlik məsələləri üzrə beynəlxalq Syanşan forumunda məlumat verib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən ən böyük qruplaşma "Taliban” hərəkatıdır. Onun sıralarında təxminən 38 min silahlı var. Digər iri silahlı qrup olan "Hakkani şəbəkəsi” isə 11 min döyüşçüyə malikdir. Ölkədə, həmçinin 2 min üzvü olan İŞİD qruplaşması da fəaliyyət göstərir. Bəzi ölkələr İŞİD qruplaşmasının güclənməsindən ehtiyat edərək taliblərə dəstək verir.

Qeyd edək ki, oktyabrın 26-da təhlükəsizlik məsələləri üzrə VIII Syanşan forumu öz işinə başlayıb. Tədbirin təşkilatçısı Çin Xalq Respublikası Müdafiə Nazirliyi, həmçinin Hərb Elmləri Assosiasiyası və Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutudur. Forumda 79 ölkənin müdafiə qurumlarının, silahlı qüvvələrinin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin keçmiş hərbçilər, siyasi və elm xadimləri iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video