26 Oktyabr 2018 15:59
165
SİYASƏT
A- A+

Dmitri Savelyev: Aprel hadisələri zamanı erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparırdı


İnformasiya müharibəsinin məqsədi dünyanın mənzərəsini və təsir obyektinin məqsədlərini dəyişməkdir. Bu halda əlyetərli kommunikasiya kanallarından istifadə edilməklə mənbə üçün zəruri ictimai rəy yaradan informasiya translyasiya edilir.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bu fikirləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyada çıxışında söyləyib.

Rusiyalı parlamentari qeyd edib ki, tarixdə informasiya müharibələri aparılması nümunələri çoxdur, bu nümunələri diqqətlə öyrənmək və onlardan dərs almaq lazımdır. Deputat deyib: "2016-cı ilin aprelində Qarabağ münaqişəsi kəskinləşən dövrdə buna çox oxşar vəziyyət yaranmışdı. O vaxt Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gürcüstanda separatçıların etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparır, Ermənistanın xeyrinə təhrif olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı.

D.Savelyev vurğulayıb ki, o vaxt dünya KİV-ləri ilə çox fəal iş aparılırdı: "Qondarma "Qarabağ administrasiyası”nın nümayəndələri hər gün press-brifinqlər keçirir və jurnalistlərin suallarına cavab verirdi. Ermənistanın dövlət telekanalları peyklər vasitəsilə pulsuz efir vaxtı verirdi. Bundan əlavə, jurnalistlər mülki avtomobillərə minərək təmas xəttindən kənarda region boyunca sərbəst hərəkət edə bilirdilər. KİV işçiləri üçün hər səhər ön cəbhə xəttinə yaxın kəndlərə, o cümlədən Talış və Martuni kəndlərinə səfərlər təşkil edilirdi”.

Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərb KİV-ləri ilə ciddi iş aparırdı. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı. Vəziyyəti dəyişmək və dünya birliyinə obyektiv informasiyanı çatdırmaq üçün xeyli vaxt və qüvvə sərf etmək tələb olunurdu. Bu faktlar göstərir ki, "qaynar” münaqişələr informasiya hücumları ilə müşayiət olunanda kütləvi informasiya vasitələri ilə işin operativ təşkil edilməsi çox vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video