26 Oktyabr 2018 15:05
148
SİYASƏT
A- A+

Forumun hindistanlı iştirakçısı: Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir


Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun işçi sessiyalarından birinin də multikulturalizm mövzusuna həsr edilməsi olduqca təqdirəlayiqdir. Belə nüfuzlu tədbirlərin dünyada multikulturalizm dəyərlərinin təbliğində böyük rolu var. Hər kəs başqasının dini inancına, dilinə, aid olduğu etnik qrupa hörmətlə yanaşmalı, insanlar öz seçimlərinə görə qorxu içində yaşamamalıdırlar. Multikulturalizm insanların birgəyaşayışı və firavanlığı üçün xüsusi əhəmiyyət kəsb edir. Forumda bu kimi məsələlərin müzakirə edilməsi böyük əhəmiyyətə malikdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Hindistanın "Art of Living" Fondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar deyib.

Hindistanlı qonaq qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir. Bu, çox sevindiricidir. O, multikulturalizmin və tolerantlığın geniş təbliğinə bu cür əhəmiyyət verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video