26 Oktyabr 2018 13:04
558
Təhsil
A- A+

Statistika Komitəsi İsveçrədə keçirilən ekologiya statistikasına dair beynəlxalq tədbirdə təmsil edilir


Dövlət Statistika Komitəsi İsveçrədə keçirilən ekologiya statistikasına dair beynəlxalq tədbirdə təmsil olunur.
KomitədənAZƏRTAC-a bildirilib ki, oktyabrın 25-26-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının "Ekologiya statistikası və göstəriciləri” üzrə məqsədli işçi qrupunun XV sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.
Sessiyada ekoloji qiymətləndirmə prosesinin dəstəklənməsi üçün Ekoloji İnformasiyanın Birgə Sisteminin yaradılmasının gedişatı, BMT-nin Avropa İqtisadi Komissiyasının "Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr”inə yenidən baxılması, milli səviyyədə ekoloji göstəricilərin və statistik məlumatların işlənib hazırlanması sahəsindəki irəliləyişlər, bu sahədə potensialın artırılması üçün cari və planlaşdırılan tədbirlərlə bağlı məsələlər müzakirə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video