26 Oktyabr 2018 02:44
268
SİYASƏT
A- A+

“ISESCO ASAN mükafatı” təsis olunub


Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış ediblər.

Ülvi Mehdiyev Birgə Əməkdaşlıq proqramının mahiyyəti haqqında məlumat verərək bildirib ki, ikitərəfli əməkdaşlığın əsası keçən il noyabrın 10-da Anlaşma Memorandumunun imzalanması ilə başlanıb. Yeni imzalanacaq sənəd ISESCO-nun 2019-2021-ci illərdə üzv ölkələrdə sektorial idarəetmənin təkmiləşdirilməsi və inkişaf etdirilməsi məqsədi daşıyır. Həmçinin "ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf naminə idarəetmə beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafı və idarəetmənin yüksəldilməsi məqsədilə xüsusi "ASAN xidmət” məhsullarının formalaşdırılması da proqramda nəzərdə tutulub. Agentliyin sədri "ISESCO ASAN mükafatı”nın təsis edildiyi barədə məlumat verərək deyib ki, onu münsiflər heyətinin rəyinə əsasən, üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim edəcəklər.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri "ASAN xidmət”in bir Azərbaycan brendi olduğunu qeyd edərək, Birgə Əməkdaşlıq Proqramından sonra onun intellektual məhsul kimi digər dövlətlərə ixrac olunmasının asanlaşacağını deyib. Sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri sənədi imzalayıblar.

İmzalanma mərasimindən sonra jurnalistlərin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video