26 Oktyabr 2018 00:06
594
İDMAN
A- A+

Azərbaycan güləşçisi Mariya Stadnik dünya çempionatında gümüş medal qazanıb


Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə qadınlardan ibarət yığmamızın son dörd üzvü mübarizəyə qoşulub. Güləşçilərimizin ikisi səkkizdəbir finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.
Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) səkkizdəbir finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi dörddəbir finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans verməyib və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında dörd il əvvəl yeniyetmələr arasında Olimpiya çempionu olan Şimali Koreya təmsilçisi ilə ağır qarşılaşmadan qalib ayrılan Stadnik karyerasında dördüncü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisi ilə qarşılaşıb. Yığmamızın üzvü son görüşdə uduzub və gümüş medal qazanıb.
Qeyd edək ki, 50 kiloqram çəki dərəcəsində mükafatlandırma mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev də iştirak edib. Yaponiya güləşçisi - çempion Yui Susakiyə qızıl medalı və çempionluq kəmərini AGF-nin rəhbəri təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video