25 Oktyabr 2018 20:55
863
PARLAMENT
A- A+

Sergey Neverov: Humanitar Forumda müzakirə olunan məsələlərbu gün dünya ictimaiyyətinin diqqət mərkəzindədir


Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 25-də Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverovla görüşüb.
AZƏRTACxəbər verir ki, spiker Oqtay Əsədov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan bu görüşdən məmnun qaldığını deyib. Bildirilib ki, rusiyalı həmkarlarla istər rəsmi səfərlər, istərsə də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər parlamentlərarası əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.
Bakının bir çox beynəlxalq forumların keçirildiyi məkana çevrilməsindən Azərbaycan ictimaiyyətinin məmnun qaldığını söyləyən sədr bu cür tədbirlərin müasir dünyamızın problemlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Bildirilib ki, Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə reallaşmış bu tədbir bu gün dünya miqyasında öz layiqli yerini tutub.
Sergey Neverov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından və ölkəmizə səfərindən məmnunluğunu bildirib. Qeyd edilib ki, Forumda və panel sessiyalarda müzakirə olunan məsələlər bu gün dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Qonaq Rusiya və Azərbaycan prezidentlərinin bu təşəbbüsünü alqışlayaraq ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Vurğulanıb ki, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsi dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Görüşdə Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin komitə sədri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video