25 Oktyabr 2018 16:46
1369
Qəbullar
A- A+

Prezident İlham Əliyev Uruqvay Nümayəndələr Palatasının sədrini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandinini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnunluğunu ifadə etdi və bildirdi ki, onun bu tədbirdə iştirakı Uruqvayın həm Foruma verdiyi dəstəyin əlamətidir, həm də ikitərəfli münasibətlərimizin inkişafına olan marağının göstəricisidir. Prezident İlham Əliyev Uruqvayın Forumda yüksək səviyyədə təmsil olunmasını əməkdaşlığımızın gözəl təzahürü kimi qiymətləndirdi. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimizi bir-birinə dostluq əlaqələri bağlayır, yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələri daha da gücləndirir. Azərbaycan xarici işlər nazirinin Uruqvaya səfər etdiyini qeyd edən Prezident İlham Əliyev bu səfərlərin əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq üçün böyük əhəmiyyət daşıdığını dedi. Qarşılıqlı səfərlərin əməkdaşlığımızın gələcəyinin müəyyənləşdirilməsi baxımından böyük önəm daşıdığını vurğulayan dövlətimizin başçısı Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandininin ölkəmizə bu səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş fikir mübadiləsinin aparılacağına əminliyini bildirdi.

Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Qandini VI Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə dövlətimizin başçısına minnətdarlıq etdi. O, Forumun uzun illərdir ki, mütəmadi olaraq yüksək səviyyədə keçirildiyini dedi və bu münasibətlə təbriklərini çatdırdı. Öz növbəsində, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Xorxe Qandini bu cür səfərlərin əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yaratdığını vurğuladı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video