25 Oktyabr 2018 16:11
1134
Səhiyyə
A- A+

Soyuq və küləkli havalar infarkt riskini artırır


Alimlərin apardıqları son tədqiqatlar nəticəsində məlum olub ki, soyuq və küləkli havalar infarkt riskini artırır.
AZƏRTAC "The Guardian” qəzetinə istinadla xəbər verir ki, İsveçdə ürəktutmalarının soyuq havalara təsadüf etməsini aydınlaşdırmaq üçün 1998-2013-cü illər arasında infarkt keçirmiş 274 min nəfərin xəstəlik tarixçəsi araşdırılıb. Tədqiqatlar göstərib ki, onların əksəriyyətində infarktın səbəbi soyuq havalar, aşağı atmosfer təzyiqi, güclü küləklər və günəş şüasının olmadığı şərait olub. Ən çox infarkt halları isə şaxtalı qış günlərində qeydə alınıb.

Tədqiqatlara rəhbərlik edən İsveçdəki Lund Universitetinin kardioloq-professoru David Erlinqe bildirib ki, ciddi sağlamlıq problemi olan və çox vaxt ölümlə nəticələnən infarktın dəqiq səbəbini öyrənmək çox əhəmiyyətlidir. Onun sözlərinə görə, temperaturun 3-4 dərəcə selsidən aşağı düşməsi əsas koronar arteriyanı daraldır və qanın ürəyə axmasını ləngidir. Bunun nəticəsində ürəkdə əlavə təzyiq yaranır. "Soyuğun təsiri ilə dərialtında kapillyar qan damarlarının daralması da ürəyin ümumi fəaliyyətinə mənfi təsir göstərir. Qısa bir müddətdə bədənin enerji və hərarət nisbətinin dəyişməsi ilə müşayiət olunan kəskin dəyişikliklər ürəktutmasına səbəb olur”, deyə professor əlavə edib.

Soyuq hava şəraitində baş verən infarktın digər ehtimal olunan səbəbləri isə insan davranışının kəskin dəyişməsi, pəhriz və fiziki məşğələlərdən imtina etməsi, habelə tənəffüs yollarında daralma nəticəsində meydana çıxan xəstəliklərdir. Professor Erlinqe qeyd edib ki, şaxtalı və küləkli havalar emosional stress vəziyyəti yaradır ki, bu da infarkta gətirib çıxara bilər. Onun sözlərinə görə, İsveçin 3 şəhərinin hava çirkliliyi üzrə araşdırmalar göstərib ki, bu amil də ürək-damar sistemində ciddi fəsadlar törədir.

Leeds Universitetinin kardioloqu Kris Qeyl bildirib ki, Birləşmiş Krallıqlarda hər il 100 min insanda ürəktutması baş verir. Professor əlavə edib ki, iqlim şəraitinin rütubətli, küləkli və soyuq olduğu ölkələrdə infarkt riskini azaltmaq üçün bədəni isti saxlayan paltarlar və normal temperaturu olan otaqların olması vacibdir.
Bundan əvvəl aparılan tədqiqatlar da infarktla nəticələn ölüm hallarının əksəriyyətinin soyuq qış aylarında baş verdiyini göstərmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video